Respublika Komissiyasının növbəti iclası keçirilib

Respublika Komissiyasının növbəti iclası keçirilib

Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Respublika Komissiyacının sədri, kənd təsərrüfatı nazirinin müavini cənab İlham Quliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli Qərarlarının icrasına uyğun olaraq 2014-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlər daxil olması davam edir.

Komissiya 9 satıcı təşkilat, o cumlədən, "Aqrolizinq" ASC, "Aqrokimya" MMC, "Elçin" MMC, "Sərxan 2" MMC, "EMA" MMC, "Mikro Az Feed" MMC, "ABİS ALARCO" MMC, "Aqro Nur" MMC və "İ.E.R. LTD" MMC üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq olunmuş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştə satılması Qaydaları"nın 1.2, 2.3 və 2.8 maddələrinə və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarının 2.1, 2.3 və 5-ci maddələrinə uyğun olaraq 11449 nəfər istehsalçıya 143990,83 hektara görə 50 faiz güzəştlə satılmış 21379,5 ton mineral gübrə üçün 5 milyon 896 min manata qədər dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə müvafiq sənədlər Azərbaycan Respublikasınin Maliyyə Nazirliyinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə