Əbülfəs Qarayev: “10-a yaxın mədəniyyət ocaqlarının yaradılmasını nəzərdə tuturuq”

Əbülfəs Qarayev: “10-a yaxın mədəniyyət ocaqlarının yaradılmasını nəzərdə tuturuq”

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Müşfiqabad Mədəniyyət evi əsaslı təmirdən sonra istifadəyə verilib. SİA-nın məlumatına görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlama verərək sözügedən işlərin pilot layihəsi çərçivəsində görüldüyünü bildirib: "Nazirlikdə artıq pilot layihəsi hazırlanıb. Biz düşünürük ki, Azərbaycanın müxtəlif rayonlarında, xüsusilə də kəndlərində müxtəlif xidmətlər göstərən mədəniyyət ocaqları bir binada cəmləşsin. Buraya rəqs, dərzi dərnəkləri, dil kursları, kitabxana, musiqi və başaqaları birləşsin. Sakinlərin ixtiyarına vahid mərkəzdə mədəniyyət xidmətləri təqdim olunsun. Düşünürəm ki, bu çox məntiqlidir. Təəssüflər olsun ki, elə kitabxanalar mövcuddur ki, onlar təmirsiz, dağılmış binalarda fəaliyyət göstərirlər. Biz bu cür binaların fəaliyyətinə son qoyub, standarlara uyğun, müasir binalar təqdim etmək istəyirik. Bu pilot layihəsi bir neçə rayonda başlanacaq. Bir il müddətinə 10-a yaxın belə mədəniyyət ocaqlarının yaradılmasını nəzərdə tuturuq".

Bütün xəbərlər Facebook səhifəmizdə