Əskişəhər – 2013: Türk dünyasının mədəniyyət paytaxtı" fəaliyyəti çərçivəsində mayın 26-dan 28-dək "Türk dünyası mütəfəkkirləri" mövzusunda sammit keçiriləcək. SİA-nın məlumatına görə, Əskişəhərdəki Osman Qazi Universitetində keçiriləcək sammitdə Türkiyədən 350, digər ölkələrdən 150 elm xadimi iştirak edəcək.
Türk Dünyası Mədəniyyət Paytaxtı Agentliyinin təşəbbüsü ilə təşkil ediləcək sammitə Azərbaycandan da alimlər dəvət olunmuşlar. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun şöbə müdirləri Ağaverdi Xəlil "Mahmud Kaşqarlının xalq yaradıcılığını öyrənmə metodları", Seyfəddin Rzasoy "Əbülqazi Bahadır xanın türkmən mədəniyyətinin öyrənilməsindəki rolu", Əziz Ələkbərli "Yunis İmrə və Azərbaycan", aparıcı elmi işçi Ramazan Qafarlı "Bəxtiyar Vahabzadə və türk dünyası", böyük elmi işçi Qalib Sayılov isə "Nəsiminin insan konsepti və İslam" mövzularında məruzələrlə çıxış edəcəklər.
Tədbirin keçirilməsində məqsəd türk dünyasının elmi və mədəni əlaqələrini genişləndirmək və möhkəmləndirmək, mənəvi resursları öyrənmək və onları səfərbər edərək müasir cəmiyyətin həyatında aktivləşdirmək, inteqrasiyanı sürətləndirmək və ünsiyyəti artırmaqla birlik ideyasını dəstəkləməkdən ibarətdir. Sammit çərçivəsində konfransların, seminarların, "dəyirmi masa"ların keçirilməsi, türkdilli dövlətlər arasında elmi və mədəni əlaqələrin intensivləşdirilməsinin optimal yollarının tapılması ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, tədbir çərçivəsində bir sıra mədəni proqramlar da təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB