Cəlal Abbasovun yaradıcılığına həsr olunan müəllif konserti keçirilib FOTOLAR
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar Cəlal Abbasovun yaradıcılığına həsr olunan müəllif konserti keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bəstəkarlar İtifaqının sədri Firəngiz Əlizadə, Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, xalq artisti, Azərbaycanın Dövlət mükafatı Laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri Bəstəkarlar İtifaqının sədri Firəngiz Əlizadə açaraq Cəlal Abbasovun Azərbaycan incəsənətində xüsusi yeri və rolu olduğunu diqqətə çatdırıb: "Biz çalışırıq ki, mütəmadi olaraq bu cür konsertlər təşkil edək. Bu gün görkəmli bəstəkar Cəlal Abbasovun müəllifi olduğu əsərlər ifa olunacaq".
Daha sonra Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova söz alaraq bəstəkar Cəlal Abbasovun həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib: "Cəlal Abbasov 1957-ci il mayın 8-də anadan olub. Azərbaycan Milli Konservatoriyasi və Bakı Musiqi Akademiyasının dosenti vəzifəsində çalışır. Musiqinin müxtəlif janrlarında bəstələnmiş və geniş dinləyici kütləsi tərəfindən rəğbət qazanmış bir çox əsərlərin, həmçinin elmi-nəzəri tədqiqat və məqalələrin müəllifidir. Əsərləri ABŞ, Almovruzaniya, Avstriya, İndoneziya, Gənubi Koreya, Rusiya, Fransa, Özbəkistan, Gürcüstan və b. ölkələrdə müvəffəqiyyətlə səslənib. Əsərləri sırasında dörd simfoniya (I -1980, II - 1984, III, "Sülhün səsi" - 1985, IV (Şuşaya həsr olunmuş) – "If I could see you again..."1997), simfonik orkestr üçün "Where are you, Ulysses?", 2 simli kvartet, orqan üçün "Qara Qarayevin xatirəsinə Postlüdiya" (1983, postlüdiya janrının Azərbaycanda ilk nümunəsi), 5 kantata ( o cümlədən "Bahar mərasimi" 1986, Novruz mövzusunda ilk əsər), "Şən bahar" uşaq operası, solo alətlər üçün üç "Münacat" və s. var. Onu da xüsusilə diqqətiniziə çatdırım ki, Cəlal Abbasov dahi bəstəkar Qara Qarayevin sonuncu tələbəsidir".
Qeyd edək ki, Cəlal Abbasov görkəmli Azərbaycan bəstəkarı və musiqi xadimi Əşrəf Abbasovun oğludur.
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB