Əbülfəs Qarayev Taha Makfersonu qəbul edib

Əbülfəs Qarayev Taha Makfersonu qəbul edib

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yeni Zelandiyanın Türkiyədəki və eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Taha Makfersonu qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Əbülfəs Qarayev Yeni Zelandiya ilə Azərbaycan arasında mədəniyyət və turizm əlaqələrinin hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında danışmış, iki xalq arasında əlaqələrin genişləndirilməsi üçün mədəniyyət sahəsində qarşılıqlı tədbirlərin təşkilinin, həmçinin turizm sahəsində hər iki ölkənin turizm şirkətləri arasında birbaşa təmasın yaradılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Ə.Qarayev Taha Makfersonun simasında ölkəsinin Mədəniyyət və turizm sahələrinə məsul olan nazirlərini salamlamış və onları Azərbaycanda keçiriləcək tədbirlərə, xüsusilə 2015-ci ildə Bakıda təşkil olunacaq III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etmək niyyətində olduğunu bildirib. Səfir Taha Makferson nazirə qəbul üçün minnətdarlığını bildirərək bu görüşün ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin bundan sonra daha da inkişaf etməsi istiqamətində uğurlu bir addım olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə