Aprelin 26-da "Baku Creative Center"də Azərbaycan Fotoqraflar Birliyinin üzvü Emin Sadıxovun "Fokusda kölgələr" adlı fərdi sərgisi açılacaq. SİA-nın məlumatına görə, sərgidə müəllifin özünə məxsus fotoqrafika texnikasından istifadə edərək çəkdiyi 100–dək şəkil nümayiş olunacaq.
Müəllif sənaye və memarlıq mənzərələri janrında uğurla işləyir. Sərginin ekspozisiyası bir neçə ay ərzində hazırlanıb. Fotoqraf Azərbaycanın rayonlarında maraqlı yerlərin və guşələrin, tərk edilmiş liman və tərsanələrdə köhnə gəmilərin əbədi dayandığı məkanlardakı mənzərələri obyektivə alıb. Onu şəhərimizin tarixi və memarlığı çox cəlb edir.
Emin Sadıxov öz işlərində zamanı bir anlığa dayandırmağa və tarixin qalıqlarını insanların yaddaşında saxlamağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB