Həkimlər xalq artistinə qəti surətdə hərəkət etməyə icazə vermirlər AÇIQLAMA

Həkimlər xalq artistinə qəti surətdə hərəkət etməyə icazə vermirlər AÇIQLAMA

Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın səhhəti müəyyən qədər normallaşıb. Bu haqda SİA-ya xalq artistinin bacısı Maya xanım məlumat verib: "Şükürlər olsun ki, bacım indi az-az da olsa yemək yeyir. Həkimlərin müayinəsindən sonra onun bir çox problemləri də ortaya çıxıb. Belə ki, Nuriyyə xanımın ürəyində ağrılar, həmçinin boğazında zob da olduğu məlum olub. Bel nahiyyəsindən ciddi xəsarət aldığına görə, hazırda həkimlər ona qəti surətdə hərəkət etməyə icazə vermirlər. Lakin bir müddət sonra sağalmasını tezləşdirmək üçün həkimlər Nuriyyə xanıma gəzməyi məsləhət görürlər. Çalışacağıq ki, 10 gün ərzində Nuriyyə xanımı müəyyən qədər yeridək. Xəstəxanadan nə zaman çıxacağı isə hələ ki, məlum deyil".

Qeyd edək ki, xalq artisti Nuriyyə Əhmədova 4 aprel tarixində Əhmədlidə 11 nömrəli marşrutdan yıxılaraq bel nahiyəsindən ciddi zədə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə