“Cahan” rəqs qrupu konsert verəcək FOTOLAR

“Cahan” rəqs qrupu konsert verəcək FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cahan" uşaq rəqs qrupunun təntənəli tədbiri keçiriləcək. SİA-nın məlumatına görə, müxtəlif yaş təbəqələrindən ibarət uşaq rəqs qrupu artıq 7 ildir ki, uğurla fəaliyyət göstərir. Bu illər ərzində kollektiv Türkiyənin bir çox şəhərlərində və İran İslam Respublikasında keçirilən uşaq festivallarında müvəffəqiyyətlə ölkəmizi təmsil edərək müxtəlif diplom və mükafatlara layiq görülüb.

Qeyd edək ki, konsert aprel ayının 7-si, saat 19:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə