“Azərbaycan yazıçılarının hekayələri” kitabı özbək dilində çap edilib

“Azərbaycan yazıçılarının hekayələri” kitabı özbək dilində çap edilib

Bu günlərdə Daşkənddəki "Davrpress" nəşriyyat mətbəə evində özbək dilində "Azərbaycan yazıçılarının hekayələri" kitabı çap edilib. SİA-nın məlumatına görə, kitabda Azərbaycan yazıçılarından Anarın "Qırmızı limuzin", "Vahimə", Sabir Rüstəmxanlının "Daş rəngi", "Qayalar arasındakı vəd", "Bacı", Elçin Hüseyinbəylinin "Yağış", "Keçid dövrünün toyuğu", "Nar", Kamran Nəzirlinin "Qorxulu məhəbbət", "Üç milyol dollarlıq ürək", Rəşad Məcidin "10 sentyabr", Hidayətin "Ömürdən uzun gecə", İlqar Fəhminin "Görüş", Ülvi Bünyadzadənin "Sədaqət", "İnsan" və s. hekayələri öz əksini tapıb.

Özbəkistanın kitabxanalarına, ali məktəblərinə, Azərbaycan ədəbiyyatına dair tədqiqat aparan mütəxəssislərinə, Özbəkistanın Milli Elmlər Akademiyası Ədəbiyyat İnsitutuna paylanacaq kitabı Azərbaycan dilindən özbək dilinə tərcümə edən Özbəkistanın "Darakçi" qəzetinin baş redaktoru, tərcüməçi Rüstəm Cabbarovdur.

Kitabda müəlliflərin hekayələri ilə yanaşı onlar haqqında qısa məlumat da öz əksini tapıb.
Qeyd edək ki, "Azərbaycan yazıçılarının hekayələri" kitabı Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə