“Bahar sujetləri” fotomüsabiqəsinə yekun vurulub

“Bahar sujetləri” fotomüsabiqəsinə yekun vurulub

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həvəskar fotoqrafların "Bahar süjetləri" fotomüsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. SİA-nın məlumatına görə, ardarda altı ildir gənc bakılılar bu müsabiqəyə qatılırlar. Onlar öz işlərini böyük məmnuniyyətlə sevimli paytaxtımıza həsr edirlər. Həvəskar fotoqraflar Bakının baharın al-əlvan rənglərinə bürünməsini səbirsizliklə gözləyir və bir-birindən gözəl, gözoxşayan bu mənzərələri öz fotokameraları ilə əbədiləşdirməyə çalışırlar.
Tanınmış fotoqraf, Azərbaycan Rəssamlar İttifaqının üzvü Abbas Məmmədovun sədrlik etdiyi münsiflər heyəti onlarca fotoşəkli diqqətlə nəzərdən keçirmiş və ən yaxşı üç şəkli seçib.
Birinci yeri "Bakı üzərində axşam səması" fotoşəklinə görə Viktoriya Kobzeva, ikinci yeri Sergey Samuylov ("Meşə nağılı"), üçüncü yeri Nəzrin Musayeva ("Günəşli səadət") tutmuşlar. Arzu Mürvətova "Təxəyyül" əsərinə görə "Orijinal ideya" nominasiyasında xüsusi mükafata layiq görülüb.
RİMM-in sərgi salonunda təkcə qaliblərin deyil, həm də bir çox digər müsabiqə iştirakçılarının işləri tamaşaçıların mühakiməsinə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə