Bu həftə Azərbaycan yay vaxtına keçəcək. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, 2014-cü ildə Azərbaycan ərazisində yay vaxtına keçid mart ayının son bazar günü, yəni martın 30-da saat 04:00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək.
Nəzərinizə çatdıraq ki, Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Qeyd edək ki, qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB