AzTV-nin musiqi kollektivləri Beynəlxalq Muğam Mərkəzində

AzTV-nin musiqi kollektivləri Beynəlxalq Muğam Mərkəzində

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) musiqi kollektivləri Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə hazırladıqları maraqlı layihələrlə musiqisevərlərin qarşısında gələcəklər. SİA-nın məlumatına görə, milli mənəvi dəyərlərimizin təbliğinə həsr edilən konsertdə istedadlı gənc vokalçıların ifasında unudulmaz xalq və bəstəkar mahnıları səsləndiriləcək.

Qeyd edək ki, layihə çərçivəsində konsert proqramı martın 25-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə