Bakıda gənc şairələrin II beynəlxalq forumu keçiriləcək

Bakıda gənc şairələrin II beynəlxalq forumu keçiriləcək

Martın 7-dən 9-dək Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə gənc şairələrin ikinci beynəlxalq forumu keçiriləcək. SİA-nın məlumatına görə, artıq forumda iştirak edəcək 30 ölkə üzrə gənc şairələrin seçimi yekunlaşıb. Bu il foruma Almaniya, Böyük Britaniya və İtaliyanı təmsil edəcək gənc şairələr də qatılacaqlar.

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 2013-cü ildə Bakıda gənc şairələrin birinci beynəlxalq forumunu təşkil edib. Böyük maraq və rezonansa səbəb olmuş forumda Avropa, Asiya, Afrika ölkələrindən 20-dən çox gənc şairə iştirak edib.

Qeyd edək ki, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı bu layihəyə görə Polşada keçirilmiş Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə "Ən yaxşı layihə" mükafatını alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə