“Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin təqdimatı keçiriləcək
"Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filminin təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru xalq artisti Oqtay Mir-Qasım, quruluşçu operatoru Nikolay İvasiv Rusiya), quruluşçu rəssamı Vaja Calaqaniya (Gürcüstan), bəstəkarı Elmar Feldir (İsrail).
Filmdə Ayan Mir-Qasım, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gürcüstanlı aktyorlar Gia Caparidze, Levan Boçorişvili və başqaları çəkiliblər.
Qeyd edək ki, filmin təqdimatı 18 fevral, saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB