İrlandiyanı “Eurovision-2014”də təmsil etmək uğrunda beş ifaçı mübarizə aparacaq

İrlandiyanı “Eurovision-2014”də təmsil etmək uğrunda beş ifaçı mübarizə aparacaq

İrlandiyanı "Eurovision-2014" mahnı müsabiqəsində təmsil etmək uğrunda beş ifaçı mübarizə aparacaq. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, İrlandiyanın Milli Televiziya və Radio Yayım Şurası rəqabət aparacaq beş ifaçının adını açıqlayıb. Onlar Patrisiya Rou, Eoqan Kviq, Kan-lin, Endryu Mənn, Lora O’Nildir.

Nəzərinizə açtdıraq ki, İrlandiyanın milli seçimi fevralın 28-də keçiriləcək.

Qeyd edək ki, Danimarkanın Kopenhagen şəhərində "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6 və 8 tarixlərində, final mərhələsi isə mayın 10-da olacaqdır. İrlandiya təmsilçisi yarışmanın ikinci yarımfinalında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə