Fevral ayının 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Prezident Təqaüdçüsü, xalq artisti Tariyel Qasımovun 75 yaş tamam olur. SİA-nın məlumatına görə, 4 fevral 1939-cu ildə Ağstafa rayounun Köçəsgər kəndində anadan olan Tariyel Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "dram və kino aktyorluğu" fakültəsini bitirib. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Nəzərinizə çatdıraq ki, onun ifa etdiyi Cəlal, Bəxtiyar ("Komsomol poeması", İskəndər Coşğun), Söhrab ("Söhrab və Rüstəm", İskəndər Coşğun), Zaur ("Yadındamı", Altay Məmmədov), Pərviz ("Sən nə üçün yaşayırsan", İmran Qasımov, Həsən Seyidbəyli), Kazım ("Məhəbbət novellası", Şamil Xurşud, Əşrəf Hacıyev), Məşədi Əzizbəyov ("26 Bakı komissarı", İskəndər Coşğun), Polkovnik ("Kiçik torpaqda üç gün", Şamil Xurşud), Zərbəliyev Səbzəli ("Məhəbbət, şeytan və lambada", Marat Haqverdiyev), Salahov ("Sevirdim, çox sevirdim", Hidayət), Qədim ("Büllür sarayda", İlyas Əfəndiyev), Həsənzadə ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Nihad ("Pələng ili", Firuz Mustafa) və digər bir-birindən maraqlı rollar istedadlı aktyorun rəngarəng obrazlar qalereyasını yaradıb.
Qeyd edək ki, istedadlı aktyor Gənc Tamaşaçılar Teatrı ilə yanaşı, İrəvan Azərbaycan Dövlət Dram Teatrı, Qazax, Dərbənd və Ağdam Dövlət Dram Teatrında da maraqlı tamaşalara səhnə həlli verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB