Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Nazirliyin zona müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdirləri, Yevlax şəhər, Göyçay, Ucar, Kürdəmir, Daşkəsən, Samux və Göygöl rayon mədəniyyət və turizm şöbələrinin müdirləri, mədəniyyət mərkəzlərinin, Heydər Əliyev muzeylərinin, tarix-diyarşünaslıq və ev-muzeylərinin, mərkəzləşdirilmiş kitabxana sistemlərinin, uşaq musiqi və incəsənət məktəblərinin, rəsm qalereyalarının direktorları iştirak ediblər.
Müşavirədə çıxış edən Əbülfəs Qarayev mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramları çərçivəsində ayrı-ayrı rayonlar üzrə görülən işlərdən, əldə olunan uğurlar və mövcud nöqsanlar, qarşıda duran vəzifələr və tətbiq ediləcək yeniliklərdən danışıb.
Nəzərinizə çatdıraq ki, tədbirdə bəzi rayonlarda kitabxanaların, uşaq musiqi məktəblərinin, tarix-diyarşünaslıq muzeylərinin maddi-texniki bazasının hələ də zəif olduğu, bəzi mədəniyyət müəssisələrinin normal şəraiti olmayan binalarda fəaliyyət göstərdiyi qeyd edilib, bu problemlərin aradan qaldırılması üçün lazımi işlərin görüləcəyini vurğulanıb.
Müşavirə zamanı regionlarda mədəniyyət və turizm sahələri üzrə kadrlarla iş və görülən işlərin keyfiyyəti məsələsi də diqqət mərkəzində olub. Nazir Əbülfəs Qarayev bu sahələrdə ixtisaslı kadrların hazırlanması, gənc mütəxəssislərin irəli çəkilməsinin vacibliyini bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, sözügedən məsələlər geniş müzakirə olunub, ölkə Prezidentinin mədəniyyət və turizm sahəsi ilə bağlı sərəncamlarının yerlərdə icrası ilə bağlı tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB