Bu günün tarixi

Miladi: 29 yanvar 2014
Hicri: 28 rəbiul əvvəl 1435

İlin 29-cu günü
İlin sonuna 336 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:41
Günəş – 07:53
Zöhr – 12:57
Əsr – 15:55
Məğrib – 18:08
İşa – 19:27

1547 — Moskvada çar İvan Qroznının tacqoyma mərasimi keçirilib.

1616 — Holland dənizçiləri Sxauten və Lemer Cənubi Amerikanın ən ucqar nöqtəsi olan Qorn burnunu kəşf ediblər.

1821 — Rus dənizçiləri Antarktidaya gəliblər.

1833 — Rusiyada ilk dəfə olaraq Peterburqda şəhər poçt xidməti təsis edilib.

1886 — Alman mühəndis Karl Benz ilk motorlu nəqliyyat vasitəsini təqdim edib.

1896 — Amerikalı fizik Qrubbe ilk dəfə olaraq xərçəngin müalicəsində radioaktiv şüalanmadan istifadə edib.

1925 — Azərbaycanlı futbol hakimi Tofiq Bəhramov anadan olub.

1927 — Azərbaycanlı balerina Leyla Vəkilova anadan olub.

1931 — Türkiyədə "Menemen hadisələri"ndə təqsirləndirilən 31 nəfər barədə ölüm hökmü çıxarılıb.

1932 — İlk yük avtomobili "QAZ AA" ( "polutorka" da adlanırdı) Qorki Avtomobil Zavodunun konveyerindən çıxıb.

1949 — Böyük Britaniya İsraili de-fakto tanıyıb.

1956 — Almaniya Demokratik Respublikası Varşava müqaviləsinə qoşulub.

1978 — İsveçrə ozon təbəqəsinə zərər verdiyi üçün bütün aerozol maddələrin satışını qadağan edən ilk ölkə olub.

2001 — Fransa parlamenti uydurma "erməni soyqırımını" tanıyıb.

2002 — Corc Buş İran, İraq və Şimali Koreyanı "şər üçbucağı" adlandırıb.

2007 — Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının qərarı ilə Mehriban Əliyeva "Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə" mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə