Di Di Bricuoterin konsertinin biletlərinin qiyməti açıqlandı

Di Di Bricuoterin konsertinin biletlərinin qiyməti açıqlandı

Məşhur caz ifaçısı, üç "Qremmi" və "Toni" mükafatı laureatı Di Di Bricuoterin (Dee Dee Bridgewater) solo konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, konsertin biletləri artıq satışdadır.

Nəzərinizə çatdıraq ki, müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln (Abby Lincoln) və Billi Holideyin (Billie Holiday) repertuarından əsərlər ifa edəcək.

Qeyd edək ki, konsert fevralın 12-də Heydər Əliyev Mərkəzində baş tutacaq. Biletlərin qiyməti isə 20, 50, 100 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə