Bu gün Lütfiyar İmanovun vəfatından 6 il ötür

Bu gün Lütfiyar İmanovun vəfatından 6 il ötür

Bu gün Azərbaycanın opera müğənnisi Lütfiyar İmanovun vəfatından 6 il ötür. SİA-nın məlumatına görə, Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabadda anadan olub. Lütfiyar İmanov ilk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradır. 1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində, daha sonra isə Nusiili Komsediya Teatrında fəaliyyətə başlayır. 1959-cu ildə Moskvada tamaşaya qoyulan "Koroğlu" operasında baş rolu – Koroğlu rolunu oynayır. 1968-ci ildə İncəsənət Universitetini bitirir və bundan sonra 30-dan çox operada baş rolun ifaçısı olur. 1975-ci ildə 6 ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçir. 1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verir. 1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış edib. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışıb. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Qeyd edək ki, iki övlad atası olan böyük sənətkar 21 yannvar 2008-ci ildə Bakı şəhərində vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə