Tanınmışlar azərbaycanlı rəssamın barmaqlarının ucunda

Tanınmışlar azərbaycanlı rəssamın barmaqlarının ucunda

Azərbaycanlı gənc rəssam istedadı ilə hər kəsi heyrətləndirməyi bacarır. SİA-nın xəbərinə görə, gənc rəssam istənilən dünya şöhrətli məşhurun rəsmi kağız üzərinə köçürə bilir. Rəssamın çəkidiyi məşhurların arasında Monika Belluçi, Meqan Fox, Ancelina Coli, Rihanna və başqaları yer alıb.

Qeyd edək ki, Xəlilova Aytac Qibləli qızı 1993-cü il iyunun 27-də Bakı şəhərində anadan olub. İncəsənət Gimnaziyasının yetirməsi olan Aytac 2011-ci ildən sonra Dərbənd şəhər mədəniyyət və incəsənət universitetinin tələbəsidir.

Uşaqlıqdan rəsmlə maraqlanan Aytac daha çox portret janrına üstünlük verir. Musiqidən ilham alaraq şəkil çəkir, qəhrəmanlarını daha çox yerli və xarici məşhurlar təşkil edir. Aytacın maraq dairəsi yalnız rəsmlə məhdudlaşmır, o, heykəltəraşlıq, dizayn və vizajla da yaxından maraqlanır, maraqlanmaqla kifayətlənmir bu sahələrdə də bacarığını nümayiş etdirir.

İstedadlı gənc rəssamın əl işlərinin bir neçəsini sizlərə təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə