Bu günün tarixi

Miladi: 14 yanvar 2014

Hicri: 13 rəbiul əvvəl 1435

İlin 14-cü günü
İlin sonuna 351 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:47
Günəş – 08:02
Zöhr – 12:53
Əsr – 15:39
Məğrib – 17:51
İşa – 19:12

1539 — Kuba İspaniyanın müstəmləkəsinə çevrilib.

1897 — İsveçrəli Mattias Zurbriggen Aconcagua zirvəsinə çixan ilk insan olunub.

1907 — Yamaykada baş verən zəlzələ nəticəsində mindən artıq insan ölüb.

1911 — Azərbaycan SSR EA (1962-1967) prezidenti Zahid Xəlilov anadan olub.

1923 — Azərbaycanın xalq artisi, kinorejissor, teatr xadimi Tofiq Kazımov anadan olub.

1944 — türk şair Məmməd Əmin Yurdaqul vəfat edib.

1952 — şair Almas İldırım vəfat edib.

1953 — İosip Broz Tito Yuqoslaviya parlamenti tərəfindən prezident seçilib.

1973 — Avtoyarışçı Cankarlo Fizikella anadan olub.

1982 — İspan futbolçu Viktor Valdes anadan olub.

1992 — Azərbaycan Respublikası Türkiyə ilə diplomatik əlaqələr qurub.

1994 — Bill Klinton ilə Boris Yeltsin nüvə silahların hər hansı bir ölkəyə hədəflənməsinə son qoyulması və Ukraynanın nüvə silah arsenalının yox edilməsi üzərində razılığa gəldilər.

2000 — Birləşmiş Millətlər Təşkilatının məhkəməsi, beş bosniyalı xorvatı 1993-ci ildə bir Bosniya kəndində ən azı 103 müsəlmanın qətlində ittiham edərək onları 25 ilə həbsə məhkum edib.

2012 — Şimali Kipr Türk Respublikasının (KKTC) qurucusu və prezidenti Rauf Denktaş vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə