Bu günün tarixi

1580- Belçikalı kimyaçı Yan Batista elmə "qaz" terminini gətirib.

1665- Fransız fizik Pyer Ferma anadan olub.

1876- Amerikan yazıçı Cek London anadan olub.

1876- İkinci türk marşalı Fevzi Çakmak anadan olub.

1893- Sovet aviasiya mühəndisi (MİQ təyyarələri) Mixail Quryeviç dünyaya gəlib.

1903- Fizik, sovet atom bombasının atası İqor Kurçatov anadan olub.

1907- Sovet kosmonavtikasının aparıcı siması Sergey Korolyov dünyaya gəlib.

1908- Şərqdə ilk opera hesab edilən "Leyli və Məcnun"un ilk tamaşası keçirilib.

1945- Stalin, Ruzvelt və Çörçilin iştirak etdiyi Yalta konfransı başa çatıb.

1945- Sovet qoşunları Şərqi Avropada güclü əks-hücuma keçib.

1949- Məşqçi Ottomar Hitsfid anadan olub

1976- İngilis yazıçı Aqata Kristi vəfat edib.

1990- Sovet İttifaqının rəhbəri Mixail Qorboçovun Vilnüsə səfəri zamanı orada 300 000 nəfər müstəqillik tələbi ilə mitinq keçirib.

1990- Rumıniya ilk Şərqi Avropa ölkəsi olaraq Kommunist Partiyasını qadağan edib.

1991- ABŞ Konqresi Corc Buşa İraqda silah tətbiq etməyə səlahiyyət verib.

1998- 19 Avropa ölkəsi insan klonlanmasına dair ilkin qanunu ratifikasiya edib.

2000- Türkiyədəki koalisiyalı hökumət terrorçu Abdulla Öcalan barəsində çıxarılan ölüm hökmünün icrasını təxirə salıb.

2004- Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam verib.

2006- Həcc ziyarəti zamanı şeytan daşlama mərasimində, basabas zamanı 362 zəvvar həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə