Mədəniyyət və Turizm Nazirliyi cari ilin hesabatını təqdim edib

Mədəniyyət və Turizm Nazirliyi cari ilin hesabatını təqdim edib

Bu gün Mədəniyyət və Turizm Nazirliyi (MTN) 2013-cü ilin yekunlarına həsr edilən kollegiya iclası keçirib. SİA-nın məlumatına görə, tədbirdə cari ilin hesabatı, 2014-cü ilin birinci yarımilliyi ilə bağlı fəaliyyət planı təqdim edilib.

Tədbir bir neçə ay müddətində Ölkə başçısının sərəncam və fərmanları ilə orden və medallarla təltif edilən bir sıra mədəniyyət və incəsənət xadimlərinin mükafatlandırılması ilə başlayıb.

Daha sonra mükatlandırılanları təbrik edən nazir Əbülfəs Qarayev qurumun cari ildə gördüyü işlər haqqında məlumat verib. O deyib ki, 2013-cü il MTN üçün maraqlı, məhsuldar, nailliyyətlərlə dolu olub.

Onun sözlərinə görə, bu il ölkə başçısı tərəfindən aparılan uğurlu siyasətin nəticəsində bütün sahələrdə olduğu kimi mədəniyyət və turizm sahəsində də böyük işlər görülüb: "Buna misal olaraq Azərbaycan turizmi səs çoxluğu ilə Ümumdünya Turizm Təşkilatının aparıcı idarəetmə orqanının icraiyyə komitəsinin üzvlüyünə seçilib. Bu hadisə növbəti 4 il müddətində Azərbaycanın dünya turizm proseslərinə təsir etməyə onun formalaşdırmağa imkan verəcək.

Bundan əlavə, cari il müddətində 2-3 böyük, nüfuzlu beyxəlxaq tədbir keçirilib ki, bunlardan biri II Mədəniyyətlərarası Dialoq Forumudur. Hansı ki, forum 5 beynəlxalq təşkilatın dəstəyi ilə keçirlib. Cari ildə həmçinin Azərbaycanda ölkə başçısının dəstəyi ilə Humanitar Forum keçirilib. Digər böyük tədbir ilin sonunda keçirilən UNESCO-nun qeyri-maddi mədəni irsin dövlətlərarası komissiyanın iclasıdır. Həmin iclas çərçivəsində Azərbaycanın "Çovğan" milli oyunu dünyanın inciləri sırasına daxil oldu. Bütün bunlar cari ilin ən böyük və ən gözə çarpan hadisələri idi ki, bizim də həmin tədbirlərdə rolumuz olduğuna görə fəxr edirik".

Hesabat verən nazir onu da bildirib ki, cari ildə Azərbaycanın bütün regionlarında Ulu Öndərin 90 illiyinə həsr edilən tədbirlər keçirilib: "Bu il ölkəmizdə beynəlxalq kitab sərgisi keçirilib, Azərbaycanın Milli Kitabxanasının 90 illiyi qeyd edilib. Ümumi götürsək, bəlkə də bu il mindən çox tədbir keçirilib. Lakin biz bununla kifayətlənmirik qarşımızda bir çox işlər, məqsədlər durur. Azərbaycan Fransa, İtaliya, Braziliya və digər ölkələrdə təmsil olunub. Nazirliyin mövqeyi əldə olunanlarla kifayətlənməməkdir. Biz bundan da artıq uğurlar əldə etməyi qarşımıza məqsəd qoymuşuq. Məqsədlərimizə çatmaq üçün var gücümüzlə çalışacağıq".

Qeyd edək ki, tədbir qapalı şəkildə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə