2013-cü il aktyorlarımızın yaddaşında necə qaldı? SORĞU-FOTOLAR
Artıq bu ilin son günlərini yaşayırıq. Bununla əlaqədar olaraq 2013-cü ilin aktyorlarımızın yaddaşında nə ilə qaldığını öyrənmək üçün sorğu keçirdik. Sözügedən sorğunu SİA oxucularına təqdim edirik:
Əməkdar artist Fizuli Hüseynov: "Bu il heç nə ilə yaddaşımda qalmadı. Onu deyim ki, adi illərdən biri kimi keçdi".

Əməkdar artist Nicat Kazımov: "Bu il mən əməkdar artist adına layiq görüldüm. Həmçinin Akademik Milli Dram Teatrında "Zorən şorgöz" adlı çox uğurlu bir tamaşam izləyicilərə təqdim olunub. Düzdür, xoşagəlməz hadisələr də yaşandı. Amma onlar unudulacaq, yaddaqalanlar isə yalnız xoş xatirələr olacaq".

Əməkdar artist Elşən Rüstəmov: "2013-cü il nə yaradıcılığımda, nə də şəxsi həyatımda elə də vacib iz buraxmayıb".

Əməkdar artist Şəlalə Şahvələdqızı: "İş sahəsində mənim üçün çox maraqlı olub. Yeni rollar və sənət sınaqları ilə yaddaşımda qaldı. Həmçinin Rey Kuninin "Zoren Şorgöz" tamaşasında Pomella rolunu ifa etdim. Digər tamaşalar üzərində isə hələ də işlərim davam edir. Onu da deyim ki, axtarışlar içində yaşamaq məni xoşbəxt etdiyindən 2013-cü ili özüm üçün uğurlu hesab edirəm".

Aktyor Anar Heybətov: "Elə də yadda qalan hadisə olmayıb. Hamı kimi 2013-cü ilin bitməsini gözləyirəm. Şəxsi həyatımda isə şükürlər olsun ki, hər şey qaydasındadır".

Aktyor Ruslan Sabirli: "2013-cü il mənim üçün digər illər kimi uğurlu oldu, yeni nailliyyətlərə imza atdım. Yeni "Sənə inanıram" serialında növbəti beşinci baş rolumu canlandırıram. Aktyorluq peşəsinin sirrlərinə yiyələnmək üçün bu il iki dəfə xaricdə keçirilən hollywood professionallarının praktik təlimlərində iştirak etdim. İki layihədə Casting Director kimi çalışdım. Məhz bu il film sahəsində çalışmaq istəyən, aktyor olmaq arzusunda olan gənclərə kömək etmək məqsədi ilə CNC Film School yaratdım. Bu il Azərbaycanda kino sahəsinə olan tövhələrimdən biri də cinemanews.az saytını yaratmağım olub. Mənim devizim daim inkişaf etmək və irəliyə can atmaqdan ibarətdir. Şəxsi həyatımda isə hər şey yaxşıdır".

Aktyor Nicat Rəhimov: "2013-cü il mənə uğur gətirdi. "Bozbash Pictures" və "Bacanaqlar" serialında məni sevdirən rollarım oldu. Bir sözlə, bu il yadda qalan oldu. Ancaq şəxsi həyatımda elə maraqlı hadisə yaşamadım".

Aktyor Elnur Kərimov: "2013-cu il qızım Aylin sentyabr ayının 2-si səhər saat 9:00-da ilk dəfə baxçaya getdi. Hər səhərimizə sağlam gözümü açdığım üçün ruzimizi yetirən Allaha şükür olsun. Teatrda yeni tamaşalar qastrol səfərləri serialda hər gün hayacanlı çəkilişlər Azərlotereyada aparıcı kimi işimi davam etdirmək və Space kanalında şənbə səhərinin aparıcısı oldum. Amma 2014-cü ilə böyük ümidlərim var. At Muraddır. İnanıram ki, arzularımı reallaşdıracaq qədər unudulmaz il olacaq".

Aktyor Şövqü Hüseynov: "Bu il şəxsi həyatımda ən yaddaqalan gün sentyabr ayında oğlum Ülvinin 1-ci sinifə getməsi olub. Sənət həyatımda isə ifaçısı olduğum "Kontrabas" mono tamaşası ilə həm Şri-Lankanın Kolombo şəhərində, həm də Türkiyənin Denizli şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edərək fəxri diplomlara layiq görülmüşəm. Onu da deyim ki, çəkildiyim E.Quliyevin "Dərvişin qeydləri" bədii filminin təqdimatı keçirilib. Rövşən İsaxın çəkdiyi "Sonuncu fəsil" teleserialında əsas rollardan birini ifa edirəm. Bir sözlə, 2013-cü ilin mənə düşərli olduğunu hesab edirəm".
.jpg)
Aktyor Qurban Məsimov: "Bu il Bakı film institutu və "Cinema" Gənc kinomatoqrafçılar mərkəzi ilə əməkdaşlığa başladım. Şəxsi həyatımda isə hər şey qaydasındadır. Onu deyim ki, avtomobilimi satıb, daha çox zaman qazandım.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB