Dekabr ayının 16-da saat 19:00-da Gənc Tamaşaçılar Teatrında Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, "Zamanla üz-üzə" layihəsinin birinci mərhələsi olan tədbir çərçivəsində "Journey to Love" ("Eşqə səyahət") mono-operası nümayiş etdiriləcək.
Nəzərinizə çatdıraq ki, tamaşanın rejissoru Gürcüstanın əməkdar incəsənət xadimi Gela Kandelaki, dirijoru Vladimir Runçak (Ukrayna), rəssamı Elene Murdjikneli (Gürcüstan), solist isə Fəridə Məmmədovadır (Azərbaycan).
Soprano və kamera orkestri üçün yazılmış Mono-opera XX yüzilliyin şairlərinin şeirləri əsasında hazırlanıb.
Qeyd edək ki, Qarayev Fərəc Qara Oğlu 1943-cü il dekabrın 19-da anadan olub. Dünyaca məşhur bəstəkarın qələmə aldığı əsərlər bir sıra beynəlxalq ölkələrin festivallarında və konsertlərdə uğurla ifa olunaraq, yüksək mükafatlara layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB