"Aydın"

Cəfər Cəbbarlının eyniadlı əsəri əsasında "Aydın" tamaşası nümayiş olunacaq. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, "Aydın" 1919-cu il faciəsidir. Əsərin qəhrəmanı Aydın Cabbarlının yaratdığı ilk romantik surətdir.

Nəzərinizə çatdıraq ki, Aydın mühəndisdir, lakin yoxsuldur və şöhrətlənmək istəyir. Aydın ona güclü rəqib olan varlı Dövlət bəylə üzləşir. Dövlət bəy onu həm mənəvi cəhətdən, həmdə cismən məhv edir. Aydının həyat yoldaşı Gültəkin günah işlədiyini dərk edərək özünü öldürür.

Qeyd edək ki, "Aydın" tamaşası dekabrın 14-ü saat 15:30, 19:00-da Gənc Tamaşaçılar Teatrında təqdim olunacaq. Biletin qiyməti isə 6 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə