Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektoru tərəfindən Oğuz və İsmayıllı rayonlarında mədəniyyət sahələrinin rəhbərləri ilə işçi müşavirələr keçirilib. SİA-nın verdiyi xəbərə görə, müşavirələr zamanı bu rayonlarda dövlət mədəniyyət və turizm siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər geniş müzakirə ediib, ətraflı fikir mübadiləsi aparılıb.
Nəzərinizə çatdıraq ki, çıxış edənlər təmsil etdikləri müəssisələrin fəaliyyəti və mövcud çətinliklər barədə məlumat vermiş, problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürüblər.
Qeyd edək ki, müşavirələrdə "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun mədəniyyət işçiləri tərəfindən dərindən öyrənilməsi və icrası zərurəti xüsusi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB