Bir çox seriallarda rol alan əməkdar artist Nahidə Orucovanı ekranlarda görmürük. Bu haqda SİA-ya məlumat verən aktrisa bir çox kanalın ona təqdim etdiyi seriallardan imtina etdiyini bildirib: "Moskvadan mənə "Yasmin" serialında türk obrazını canlandırmaq üçün təklif gəldi. Ona görə də yerli seriallara razılıq vermədim. Ancaq sonradan xəbərim oldu ki, sözügedən seriala tamamilə başqa aktrisa və aktyorlar çəkilib. Kimlər qarşımızı kəsdi, o barədə danışmaq istəmirəm. Onu da deyim ki, indi yerli seriallarımızdan təklif gəlsə məmnuniyyətlə qəbul edərəm".
Əməkdar artist Nahidə Orucova sonda seriallarda verilən qonorarlardan da danışıb: "Bilirsiniz, dövlət seriallara çox pul ayırıb. Ancaq oradan aktyorlara verilən pul çox azdır. Aktyorlar ancaq teatrdan verilən az məvaciblə dolanırlar. Sevinirəm ki, dövlət başçısı bir qism aktyor, aktrisalara mükafat yazıb. Ancaq bu mükafat qədər aktyorlar maaş alsa, çox yaxşı olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB