Rafiq Hüseynov sabah Türkiyəyə gedəcək

Rafiq Hüseynov sabah Türkiyəyə gedəcək

Azərbyacanın xalq artisti, diktor Rafiq Hüseynovun əməliyyat olunacağı ölkə müəyyənləşib. Xalq artisti SİA-ya cərrahiyyə əməliyyatı olunacağı barədə məlumat verib: "Ağrılarım hələ də qalır. Bildiyiniz kimi, əməliyyat olunmaq üçün Almaniyaya getməli idim. Ancaq məktubuma cavab gəlmədi. Buna görə də əməliyyatımı gecikdirməmək üçün Türkiyəni seçdim. Onu da deyim ki, sabah mənimlə birlikdə Türkiyəyə həyat yoldaşım və qızım da gedəcək. Nə zaman qayıdacağım isə hələ ki, məlum deyil. Hər şey əməliyyatdan sonra bilinəcək".

Qeyd edək ki, Rafiq Hüseynovun ağciyərində bir müddət əvvəl xərçəng xəstəliyi aşkarlanıb. Onun müalicə və müayinəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə