Bu gün Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, xalq artisti Elza İbrahimovanın (1933-2011) anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, bir çox elm və mədəniyyət xadimlərinin, incəsənət ustalarının, musiqisevərlərin iştirak edəcəyi gecədə bəstəkarın həyat və yaradıcılığından söhbət açılacaq, mahnıları ifa olunacaq.
Filarmoniyanın foyesində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı, sənətkarın həyat və yaradıcılığına həsr olunmuş sərgi nümayiş etdiriləcək.
Nəzərinizə çatdıraq ki, Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitir.
"Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, romansların, sonataların, kvartetlərin və onlarla sevilən mahnıların müəllifidir. 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.
Qeyd edək ki, Elza İbrahimova 11 fevral 2012-ci ildə 74 yaşında vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB