YUNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işə başlayıb
Bu gün YUNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işə başlayıb. SİA-nın verdiyi xəbərə görə, 116 ölkədən 780 nəfərdən çox nümayəndənin iştirak etdiyi sessiyanın iştirakçılarına Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini və müasir inkişafını əks etdirən müxtəlif dillərdə hazırlanmış kitab, jurnal və digər çap məhsulları təqdim edilib.
Sessiya komitənin sədri seçilmiş Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə işə başlayıb. 116 ölkənin nümayəndələrindən ibarət sessiya keçirilib.
Daha sonra nazir Əbülfəs Qarayev, Mədəniyyət işləri üzrə YUNESKO-nun direktor müavini Françesko Bandarin və Qeyri Mədəni İrs Üzrə Konvensiyanın katibi Sesil Düvelin iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan Əbülfəs Qarayev ölkəmizin üzərinə düşən öhdəliyi layiqincə tamamlayacağını bildirib: "Əminəm ki, bütün sessiyanın işi uğurla yekunlaşacaq. Sevinirən ki, Sessiyanın iclasına Mədəniyyət işləri üzrə YUNESKO-nun direktor müavini də iştirak edib. Burada 116 ölkə qeydiyatdan keçib. Onlaradn 103-ü iştirak edir. 780-dən çox nümyəndə heyəti sözügedən toplantıda iştirakı nəzərdə tutulub. Onların artıq yarısı Bakıdadır. Digərləri isə bir həftə ərzində müvafiq vaxtlarda ölkəmizə təşrif buyuracaqlar. Qonaqlar üçün müəyyən mədəni proqram təşkil olunub. Düşünürəm ki, burada müzakirə olunacaq məsələlər nəinki YUNESKO-nun Qeyri Mədəni İrsinə, eyni zamanda gələcək fəaliyyətini müəyyənləşdirən qərarlar qəbul olunacaq. Həmçinin bir neçə naminasiyaya sabahdan başlayaraq baxılacaq. Burada bəzi fayllar da mövcuddur. Müxtəlif yardımların verilməsi barədə də müzakirələr aparılacaq. Eyni zamanda YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsinin Qorunması üzrə Hökümətlərarası Komitəsinin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrs üzrə Konvernsiyanın 10 illik yubileyinin Bakıda keçrilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidməti olub. Buna görə, Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm".
Daha sonra Mədəniyyət işləri üzrə YUNESKO-nun direktor müavini Françesko Bandarin Bakıda olduğu üçün çox sevindiyini bildirib. Dövlətin bu ideyaya göstərdiyi qayğının nəticəsi kimi səciyyələndiyini də mətbuat işçilərinin diqqətinə çatdırıb.
Nəzərinizə çatdıraq ki, sessiyanın gündəliyində duran ən əsas məsələ təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısı və bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı üzrə qərarın verilməsidir. Altı gün ərzində Şərqlə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycanda bu məsələ ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, YUNESKO-nun Beynəlxalq əhəmiyyətli bu tədbiri Azərbaycanın zəngin mədəni irsinin qorunması eyni zamanda ölkəmizin mədəni və turizm imkanlarının təşviq olunması və ölkəmizə marağın artırılması baxımından əhəmiyyətli hadisədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB