“Yeddi Gözəl”

Nizami Gəncəvinin eyniadlı əsəri əsasında "Yeddi Gözəl" baleti səhnələşdiriləcək. SİA-nın verdiyi xəbərə görə, burada saray münaqişələri, lirik duyğular, xeyirlə şərin mübarizəsi tamaşanın süjetinin əsasını təşkil edir. Hadisələrin mərkəzində isə Aişə, Bəhram və Vəzir obrazları durur.

Nəzərinizə çatdıraq ki, operanın musiqisi dahi bəstəkar Qara Qarayevə məxsusdur.

Qeyd edək ki, "Yeddi Gözəl" baleti noyabrın 30-u saat 19:00-da Opera və Balet Teatrında nümayiş olunacaq. Biletlərin qiyməti isə 11, 13, 16 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə