Azərbaycanın əməkdar artisti Nahidə Orucova şəxsi həyatından söz açıb. SİA-ya özəl həyatını danışan əməkdar artist uğursuz ailə həyatı yaşadığını dilə gətirib: "Mən həyat yoldaşımla uzun müddətdir ayrılmışam. Ayrılmaq səbəbim isə mənim çalışmağımı istəməməsi olub. İndi o, evlidir. Ancaq mən ailə həyatı qurmadım. Çünki qarşıma istədiyim kimi şəxs çıxmadı. Mənimlə evlənmək istəyənlərin isə maddi sıxıntıları olub. Mən istəmirəm ki, həyat yoldaşıma özüm baxım. Elədirsə evlənmək nəyə lazımdır? Onsuzda tək özümü idarə edə bilirəm".
Qeyd edək ki, əməkdar artist Nahidə Orucova həyat yoldaşından uzun müddətdir ayrılıb və 25 yaşında qızı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB