Bu günün tarixi

Miladi: 25 noyabr 2013
Hicri: 21 Məhərrəm 1435

İlin 327-ci günü
İlin sonuna 36 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:23
Günəş – 07:38
Zöhr – 12:31
Əsr – 15:21
Məğrib – 17:33
İşa – 18:53

1177 — Mönjizare döyüşü baş verib.

1810 — Rus cərrah Nikolay Piroqov anadan olub.

1820 — Rus yazıçısı Mixail Dostoyevski anadan olub.

1844 — Alman mühəndisi, ixtiraçı, avtomobil istehsalının pioneri, avtomobil konstruktoru Karl Bens anadan olub.

1867 — Alfred Nobel dinamiti patentləşdirib.

1881 — Roma papası XXIII İohan anadan olub.

1887 — Rus bioloqu, genetik, seleksiyaçı Nikolay Vavilov anadan olub.

1889 — Türk yazıçısı Rəşad Nuri Güntəkin anadan olub.

1901 — Azərbaycanlı aktrisa Mərziyyə Davudova dünyaya gəlib.

1915 — Çili diktatoru Auqusto Pinoçet anadan olub.

1917 — Rusiyada Müəssisan Məclisinə seçkilər keçirilmiş, bu seçkilərdə bolşeviklər cəmi 25% səs ala biliblər.

1918 — Azərbaycanlı yazıçı, ssenarist İmran Qasımov anadan olub.

1926 — Amerikalı fantast Pol Anderson anadan olub.

1932 — SSRİ EA Qafqazşünaslıq Elmi Tədqiqat İnstitutunun bazasında Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialı təsis edilib. Bir müddət sonra isə, Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsi açılıb.

1936 — Almaniya və Yaponiya "Antikomintern paktı"nı imzalayıb.

1961 — Dominikan Respublikasında dövlət başçısının sərəncamı əsasında siyasi xadim olan Mirabal bacıları vəhşicəsinə öldürülüb.

1967 — Bakı metropoliteninin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanıb.

1972 — Bakıda Şıx çimərliyi yanında "Xalqlar Dostluğu" parkı salınıb.

1973 — Dövlət çevrilişi nəticəsində Yunanıstan prezidenti Andres Papandreu hakimiyyətdən uzaqlaşdırılıb.

1977 — BMT İsrailin ərəb torpaqlarını işğal etməsini pisləyən qətnamə qəbul edib.

1981 — İspan futbolçusu Xabi Alonso anadan olub.

1991 — Moskvada Nizami Gəncəvinin abidəsinin açılışı olub.

1991 — İlk dəfə Azərbaycanda İranın sənaye malları sərgisi keçirilmiş, sərgi 5 dekabrda başa çatıb.

1992 — Çexoslovakiya iki müstəqil dövlətə – Çex Respublikası və Slovakiyaya parçalanıb.

1994 — Azərbaycanlı aktyor Məmməd Burcəliyev vəfat edib.

1997 — Bakıda GUAM blokunun (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkil edilməsinə dair protokol imzalanıb.

2000 — Abşeron yarımadasında güclü zəlzələ baş vermiş, köhnə tikililər ciddi xəsarət alıblar.

2008 — Azərbaycanda ilk dəfə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə vəsait ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə