İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi" pyesi əsasında "Boy çiçəyi" tamaşasının premyerası keçiriləcək. Akademik Milli Dram Teatrından SİA-ya verilən məlumata görə, "Həsənzadə" rolunu xalq artisti Fuad Poladov, "Nargilə" rolunu əməkdar artist Məsmə Aslanqızı ifa edirlər.
Qeyd edək ki, tamaşa noyabrın 23-ü saat 19:00-da Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq. Biletlərin qiyməti isə 6-10 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB