Mənsum İbrahimov Latviyada konsert verəcək

Mənsum İbrahimov Latviyada konsert verəcək

Xalq artisti Mənsum İbrahimov Latviyada konsert verəcək. Bu haqda SİA-ya xalq artistinin özü məlumat verib: "Dekabrın 16-22 tarixlərində Latviyanın Simfonik Orkestrı ilə birgə konsert proqramı ilə çıxış edəcəm. İlk dəfə olaraq bu layihəmizi Vaqif Adıgözəlovun "Seygah" və Niyazinin "Rast" sinfonik muğamlarını həmin orkestr ilə diskə yazacağıq. Konsertdə məni əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcəklər. Dirijor isə xalq artisti Yalçın Adıgözəlovdur. Hər zaman olduğu kimi, bu konsertə də bütün kollektiv olaraq çox ciddi hazırlaşırıq. ".

Qeyd edək ki, xalq artisti Mənsum İbrahimov dekabrın 22-də Azərbaycana qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə