Nahidə Orucova: "Dövlət Musiqili Teatrının açılış tarixi bəlli oldu"
Azərbaycan Dövlət Musiqili Teatrının açılış tarixi bəlli olub. Bu haqda SİA-ya sözügedən teatrın aktrisası əməkdar artist Nahidə Orucova məlumat verib: "Bildiyinizə görə, Musiqili Teatr təmirə ayrılmışdı. Artıq bütün işlər demək olar ki, yekunlaşıb. Teatrımızın açılışı mart ayına təsadüf edəcək. Açılışdan sonra ilk olaraq "Qızıl toy" tamaşası nümayiş olunacaq. Sözügedən tamaşanın bəstəkarı Oktay Kazımi, libretto müəllifi isə Ramiz Heydərdir. Onu da deyim ki, mən adıçəkilən tamaşada "Ballı xala" obrazını canlandıracam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB