Lənkəran teatrında “Ölü canlar” əsərinin premyerası olub

Lənkəran teatrında “Ölü canlar” əsərinin premyerası olub

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında N.V.Qoqolun "Ölü canlar" əsərinin motivləri əsasında yazıçı Mixail Bulqakovun səhnələşdirdiyi eyni adlı tamaşanın premyerası olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Ukraynadan dəvət olunmuş istedadlı rejissor Arkadi Nepitalyukun quruluş verdiyi bu səhnə əsəri müasir dövrün reallıqlarına uyğun yeni detallarla zənginləşdirilib. Tamaşanın səhnə tərtibatı Yevgeniya Nepitalyuka, musiqi tərtibatı isə bəstəkar Sərdar Fərəcova məxsusdur.

Əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Adil Zeynalov, aparıcı artistlər Eynəli Nurullayev, Əlibala Əsgərov, Miraslan Agayev, Əbülfəz Axundov, Zemfira Nəcəfova, Qızılgül Quliyeva, və digərləri ifa edirlər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə