Eminin keçirdiyi “Kainat gözəli” yarışmasının yarımfinalı FOTOLAR

Eminin keçirdiyi “Kainat gözəli” yarışmasının yarımfinalı FOTOLAR

"Kainat gözəli" yarışmasında yarımfinal mərhələsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, "Krokus Siti Holl"da keçirilən gecədə iştirakçılar 2 geyimdə çıxış ediblər. 86 ölkənin təmsilçiləri çimərlik geyimi və gecə libasında gözəlliklərini nümayiş etdiriblər.

Münsiflər maraqlı rəqabət mühitini finaladək saxlamaq üçün yarımfinal mərhələsinin nəticələrini açıqlamayıblar. Şansı digərlərindən yüksək dəyərləndirilən yeganə iştirakçı isə Nikaraqua təmsilçisi Nastasya Bolivar olub. Mərkəzi Amerikalı gözəl 2 gün əvvəl milli geyimlərlə keçirilən nümayişin qalibi olub.

Qeyd edək ki, bəstəkar-müğənni Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən müsabiqənin finalı noyabrın 9-da baş tutacaq. Konkursda Azərbaycanı "Miss Azerbaijan 2012"nin qalibi Aysel Manafova təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə