Parisdə 19-cu Beynəlxalq Şokolad Sərgisi keçirilir

Parisdə 19-cu Beynəlxalq Şokolad Sərgisi keçirilir

Fransanın paytaxtı Parisdə 19-cu Beynəlxalq Şokolad Sərgisi keçirilir. SİA-nın verdiyi xəbərə görə, bu sərgi bir ilkə imza ataraq, şokoladdan hazırlanmış geyimlərin nümayişi ilə başlayıb. Şokoladdan hazırlanmış müxtəlif bəzək əşyaları, maketlər, fiqurlar və şəkərsiz istehsal edilən şokoladların sərgiləndiyi stendlər xüsusilə marağa səbəb olub.

Belçikalı bir şokolad şirkəti isə şokoladdan hazırlanmış nəhəng təyyarə maketini sərgiyə çıxarıb. Parisin əsas görməli yerləri olan Eyfel qülləsi və Zəfər tağının şokoladdan hazırlanmış maketləri də maraqla qarşılanıb. Sərgi iştirakçıları şokoladla masaj xidmətini təqdim edən stend isə ən çox insan axınına məruz qalan stendlərdən biridir.

Nəzərinizə çatdıraq ki, dünyanın ən böyük şokolad sərgisində qara şokoladın xammalı olan kakaonun ən böyük istehsalçıları Braziliya, Meksika və Kolumbiya isə sərgiyə xam kakao ilə qatılıb.

Qeyd edək ki, bu il baş tutan Beynəlxalq Şokolad Sərgisində dünyanın hər tərəfindən 500-ə yaxın şokolad ustası iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə