Təbrizdə Azərbaycan muğamı səslənib

Təbrizdə Azərbaycan muğamı səslənib

Təbrizdə fəaliyyət göstərən "Azərbaycan-Muğam" musiqi qrupunun növbəti konserti keçirilib. SİA-nın məlumatına görə, Təbriz şəhərinin "Petroşimi" kompleksində keçirilən solo konsertdə, Azərbaycanda musiqi təhsili alan "Azərbaycan-Muğam" musiqi qrupunun rəhbəri, gənc xanəndə Nasir Ətapurun ifasında Azərbaycan muğamları, eləcədə də "Sarı gəlin", "Küçələrə su səpmişəm" və sair bu kimi Azərbaycan xalq mahnıları səslənib. Nasir Ətapurun 7 yaşlı kiçik şagirdinin ifasında səslənən "Qarabağ şikəstəsi" isə tamaşaçılar tərəfindən böyük alqışlarla müşayiət edilib. Konsertdə Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun kollektivi, eləcə də Nasir Ətapurun musiqi təhsili aldığı Azərbaycan Milli Konservatoriyasının müəllimi Qəzənfər Abbasov da iştirak edib.

Konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə