31 oktyabr - 5 noyabr 2013-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, müsabiqə çərçivəsində Beynəlxalq Memarlar İttifaqının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti və MDB ölkələrinin memarlar ittifaqlarının sədrləri ölkəmizə səfər edəcəklər.
Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinə təşkilatın baş katibi, eləcə də I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Münsiflər heyətinin sədri Mişel Barmaki rəhbərlik edəcək. Nümayəndə heyətinə həmçinin BMİ-nin sabiq prezidenti Vassilis Sgoutas və hazırkı vitse-prezidentləri - Tomas Voiner və Hayder Ali daxildir. Adı çəkilən şəxslərlə yanaşı, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə də müsabiqənin münsiflər heyətinin üzvüdür.
Nəzərinizə çatdıraq ki, Beynəlxalq Münsiflər Heyətinin iclasları 1-2 noyabr tarixində keçiriləcək və müsabiqəyə təqdim olunmuş 300-dən artıq iş arasından qaliblər müəyyən ediləcək. Yeddi müxtəlif nominasiya üzrə ilk üç yeri tutmuş qaliblərin təntənəli mükafatlandırılması noyabrın 3-də olacaq.
Qeyd edək ki, tədbir günlərində müsabiqə işlərinin sərgisi fəaliyyət göstərəcək, müsabiqənin yekununda təqdim edilmiş bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB