“Mən səni sevirəm”

Məşhur dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında səhnələşirilmiş "Mən səni sevirəm" tamaşasının premyerası olacaq. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, rollarda əməkdar artistlər Qəmər Məmmədova, Leyli Vəliyeva, aktyorlar Sərvər Əliyev, Elnur Hüseynov, Almaz Mustafayeva, Kəmalə Hüseynova, Mehriban Abdullayeva və başqaları iştirak edirlər.

Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, baş rəssam Tahir Tahirov, bəstəkar Firudin Allahverdidir.

Qeyd edək ki, "Mən səni sevirəm" tamaşası oktyabrın 27-si saat 19:00-da Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutacaq. Biletin qiyməti isə 6 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə