Həsən Həsənovun "Brüseldən məktublar" əsəri əsasında səhnələşdirilən tamaşanın premyerası olacaq. Akademik Milli Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşanın adı "Qürbətdən gələn məktublar" adlanır.
Nəzərinizə çatdıraq ki, rollarda xalq artistləri İlham Əsgərov, Hacı İsmayılov, Laləzar Mustafayeva, əməkdar artistlər Elşən Cəbrayılov, Vəfa Zeynalova, Əjdər Həmidov, Kazım Abdullayev, həmçinin aktyorlar Şəhla Əliqızı və Elçin Əhmədov və başqaları iştirak edirlər. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam İlham Elxanoğlu, musiqi tərtibatı Həmid Kazımzadəyə aiddir.
Qeyd edək ki, "Qürbətdən gələn məktublar" tamaşası oktyabrın 26-sı saat 12:00-da Akademik Milli Dram Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB