“Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013” toplusu təqdim olunub FOTOLAR
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və "Azərtac" Dövlət Teleqraf Agentliyilə birgə layihəsi əsasında hazırlanan "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" adlı ikicildlik toplunun təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri Nizami Cəfərov, Aqil Abbas, incəsənət xadimləri və bir sıra tanınan simalar iştirak edib.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda baş tutan və bütün dünya ölkələrinə nümunəvi olan seçkilər göstərdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən həm daxili, həm xarici siyasət xalq tərəfindən dəstəklənir, qiymətləndirilir və hər kəsə gələcəyə nikbin baxmağa əsas verir.
Onun sözlərinə görə, məhz bu səbəbdən də Azərbaycan xalqı növbəti 5 il üçün İlham Əliyevi seçərək Azərbaycanın gələcək inkişafını təmin etmək üçün ona səlahiyyət verib: "Bütün mədəni ictimaiyyət İlham Əliyevi qələbə münasibətilə təbrik edir, növbəti 5 ildə Azərbaycan xalqının rifahı üçün fəaliyyətində uğurlar arzulayır. Mədəniyyət sahəsi Azərbaycan xalqının bəşəriyyət qarşısında böyük silahıdır. Ali Baş Komandan İlham Əliyev də bu güclü silahdan istifadə etməyin vacibliyini xüsusi vurğulayır. Mədəniyyət sahəsi daim ölkə başçısının diqqət mərkəzindədir. Azərbaycan mədəniyyətinin uğurlarını artıq UNESKO, BMT və digər beynəlxalq qurumlarda layiqincə qiymətləndirirlər".
Daha sonra çıxış edən millət vəkili Nizami Cəfərov bildirib ki, sözügedən toplu Azərbaycan mədəniyyətinin tarixidir: "Kitabda Azərbaycan mədəniyyətinin inkişafı xronoloji dəqiqliklə çap olunub. Ən böyük və tarixi qələbə mədəniyyət sahəsində qazanılan qələbədir. Elə buna görə də Ümummilli lider Heydər Əliyev mədəniyyət sahəsinə xüsusi diqqət verib. Mədəniyyət sahəsinin təbliğatı ilə əlaqədar Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın gördüyü işlər artıq epoxadır".
Qeyd edək ki, topluda Prezident İlham Əliyevin 5 illik fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşlər, etdiyi söhbətləri, müsahibələri, fərman və sərəncamlar toplanıb. Həmçinin kitabda maraqlı tədbirlərdən, görüşlərdən 150-dən çox fotoşəkil dərc olunub.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB