Amerika Ticarət Palatasının (AmCham) hər il palatanın üzvləri üçün Bakıda təşkil etdiyi növbəti ağ-qara bal keçirilib. Sözügedən tədbir AmCham-ın sosial təqvimində əhəmiyyətli hadisələrdən biridir və balın builki mövzusu "Vogue" jurnali olub. SİA-nın məlumatına görə, zərifliklə dolğun tədbirdə "Jan" modalar atelyesinin yeni kolleksiyası və "Ant Hill"dən "Faro" zinət əşyaları nümayiş olunub. Musiqi və rəqslər isə əyləncə axşamına xüsusi rəng qatıb.
"Fairmont Baku Flame Towers" hotelində təşkil olunan balda bir sıra səfirlər və yüksək vəzifəli şəxslər, o cümlədən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar xanımı ilə, ümumiyyətlə isə 551 nəfər qonaq iştirak edib.
"Tədbir yüksək səviyyədə təşkil olunub. Bütün bal iştirakçıları dəbdəbəli görünürdü, foyedəki dekorasiyalar çox sensasiyalı, zaldakı video – əyləncəli, yemək – ləzzətli, moda nümayişi – maraqlı idi. Hesab edirəm ki, tədbir iştirakçıları vaxtlarını yaxşı keçirdilər. Ümumiyyətlə, balın hər il olduğu kimi xüsusi ab-havası var idi", - deyə ABŞ-ın Azərbaycandakı səfirinin həyat yoldaşı xanım Feyt Morninqstar bildirib.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB