Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Sarayında dünya şöhrətli, israil əsilli amerikalı caz ifaçısı, musiqiçi, bəstəkar Avishai Kohenin solo konserti baş tutacaq. Saraydan SİA-ya verilən məlumata görə, artıq satışa çıxarılan biletləri şəhərin kassalarından əldə etmək mümkündür.
Nəzərinizə çatdıraq ki, oktyabrın 30-u saat 19:00- da başlayacaq konsertin biletlərinin qiyməti 10 manatdan - 50 manata qədərdir.
Qeyd edek ki, Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə 2013-cü il 23 oktyabr-2 noyabr tarixlərində Bakıda keçiriləcək. Festival çərçivəsində dünyaca tanınmış caz ifaçıları şəhərimizin qonağı olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB