Sentyabrın 26-da Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində YUNESKO ilə əməkdaşlıq məsələlərinin müzakirə olunması məqsədilə qurumlararası görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, həmçinin Təhsil Nazirliyinin şöbə müdiri Fariz Rzayev və digər şəxslər iştirak ediblər.
Ə.Qarayev ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən YUNESKO ilə əməkdaşlığın inkişafı üçün həyata keçirilən çoxşaxəli tədbirlərin Azərbaycanın beynəlxalq arenada və YUNESKO-da nüfuzunun artmasına səbəb olduğunu dilə gətirib.
18 iyul 2013-cü il tarixində Paris şəhərində "Azərbaycan Respublikası Hökuməti və YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi" imzalanıb. Sazişə edilmiş əlavədə "Qeyri-maddi mədəni irs", "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması", "Ümumdünya irsi", "Hamı üçün təhsil", "Qızlar üçün təhsil", "Müasir elmi texnologiyalar" kimi prioritet əməkdaşlıq sahələri müəyyən edilib.
Nəzərinizə çatdıraq ki, görüş zamanı müzakirələrin əsas mövzusu Çərçivə Sazişinin icrası ilə əlaqədar konkret təkliflər, həmçinin bu istiqamətdə aidiyyəti qurumların əlaqəli fəaliyyət göstərməsi olub.
Qeyd edək ki, görüşdə qərara alınıb ki, ümumi əməkdaşlıq planını tərtib etmək üçün hər bir qurum YUNESKO ilə əməkdaşlıq üçün müvafiq təkliflərini qısa müddət ərzində hazırlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB