Kukla Teatrında "O olmasın, bu olsun" tamaşasının premyerası olacaq
Abdulla Şaiq adına Kukla Teatrında daha bir tamaşanın premyerası olacaq. Teatrdan SİA-ya verilən məlumata görə, "O olmasın, bu olsun" tamaşası Üzeyir Hacıbəylinin eyniadlı əsərinin motivləri əsasında səhnəyə qoyulacaq.
Nəzərinizə çatdıraq ki, sujetdə 1910-cu ildə Bakıda baş verən hadisələr, həmçinin iki ürəyin- Sərvər və Gülnazın böyük və təmiz məhəbbəti təsvir olunur.
Qeyd edək ki, sözügedən tamaşa 18 sentyabr saat 18:00-da başlayacaq. Biletin qiyməti isə 2 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB